Soyuqdəymənin qarşısını almaq üçün 7 FAYDALI MƏSLƏHƏT

İnsanların əksəriyyəti fikirləşir ki, soyuqdəymə xəstəliklərinin səbəbi məhz soyuq hava olur - insan havaya uyğun geyinmir və ya yağışa düşür, üşüyür və nəticədə xəstələnir.

Lakin bu belə deyil. Soyuqdəymə xəstəliklərinin "taqsırkarı" soyuq hava deyil, müxtəlif viruslardır. Sadəcə orqanizmin soyuması immun sistemini zəiflədir, immunitet viruslara lazım olan səviyyədə müqavimət göstərə bilmir və nəticədə xəstəlik inkişaf edir.

Beləliklə, soyuqlama virus xəstəliyinin inkişafına təkan verə bilər. Bu səbəbdən əgər siz soyuğa, yağışa düşmüsünüzsə, bu tövsiyələrdən istifadə edin:

1. Paltarınızı dəyişin, isti paltar, isti corab geyinin. Bədəninizi və ayaqlarınızı quru dəsmalla yaxşıca sürtün. Bu qan dövranını sürətləndirir və bədən daha tez qızışır.

2. Dərhal isti qara və ya yaşıl çay limonla və ya itburnu, zəncəfil dəmləməsi, çobanyastığı çayı için. Bal əlavə edə bilərsiniz. Bal immun sistemini gücləndirir və həmçinin çox güclü virus və iltihabəleyhinə təsirə malikdir.

3. Adi xörək duzunu tavada yaxşı qızdırın və kiçik torbalara töküb burnunuza qoyun. Burun boşluğunda hərarətin yüksəlməsi orqanizmin virusəleyhinə müdafiəsini gücləndirir.

4. İsti suya (45-50 C) 3-4 xörək qaşığı xardal tozu tökün və 10-15 dəqiqə ərzində ayaqlarınızı bu suda saxlayın. Daha sonra ayaqlarınız yaxşı qurulayın, isti yun corab  geyinin və dərhal yatmağa gedin.

5. Həkimlərin fikirinə görə, yaxşı yuxu soyuqdəymənin qarşısını ala bilir. 8 saatdan az olmayaraq yatın.

6. Yatmazdan əvvəl yun corablara 1-2 çay qaşığı xardal tozu tökün, corabları geyinin və belə yatın. Xardal tozu ayaqları yaxşı isindirir.

7. Yatmazdan əvvəl belə "müalicəvi" buterbrod yeyə bilərsiniz: 1 diş sarımsağı xırda doğrayın, kərə yağı ilə qarışdırın və çörəyə çəkib yeyin. Sarımsaq immun sisteminə müsbət təsir edir və həmçinin virisəleyhinə təsirə malikdir.

Saglamolun.Az




loading...

Не дай себе ослепнуть! Полезные советы от офтальмолога

 


Яндекс.Метрика