Azərbaycanda da aşkarlanan “Delta” ştammının əlamətləri nələrdir?

Xəbər verdiyimiz kimi, ölkə xaricindən Azərbaycana gəlmiş şəxslərdən götürülmüş nümunələrin 31-də koronavirusun B.1.617 (Delta) variant aşkarlanıb.

Baş və boğaz ağrısı, burun axıntısı, öskürək, eşitmə problemləri kimi yeni simptomlara malik olan bu variant Türkiyə, Rusiya və İran kimi qonşu ölkələrdə də aşkarlanıb. Bəzi ölkələrdə mutasiyanın ürəkbulanma, iştahsızlıq kimi fərqli simptomları da müşahidə olunur.

Bu ştammın digərlərinə nəzərən daha sürətlə yoluxduğu müəyyən edilib. Hüceyrələrə sürətlə nüfuz etmə özəlliyi mutasiyanın ağ ciyərlərə daha asan yapışmasına səbəb olur ki, bu da ölümcül sayılır. Vaksinasiyadan keçən şəxslərin bu mutasiyaya daha az yoluxduğu bildirilir. //Axşam.az.

Saglamolun.Az