Rusiyada koronavirusun “Delta-plus” ştammı qeydə alınıb.
"İnterfaks" xəbər verir ki, bu barədə “Rospotrennadzor”un rəhbəri Anna Popova məlumat verib.
O bildirib ki, ötən həftə haqqında məlumat verilmiş ştammın bütün detalları diqqətlə yoxlanılıb və infeksiyanın "Delta-plus" olduğu təsdiqlənib. Həmin infeksiyaya yoluxan qadının isə səhhəti hazırda yaxşıdır.
Qeyd edək ki, iyunun 24-də Anna Popova Rusiyada koronavirusun yeni "Delta-plus" növünün olmadığını söyləmişdi.
Xatırladaq ki, ÜST “Delta”nı COVID-19 mutasiyaları arasında müəyyən olunan ən yoluxucu variant adlandırıb. Yeni ştamm hazırda 85-dən çox ölkədə mövcuddur.
Saglamolun.Az