Formula 1-ə görə Bakının mərkəzi yolları 1 həftə bağlı olacaq.
Bu barədə Bakı Şəhər Halqasının mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf məlumat verib.
O bildirib ki, mərkəzi yollarının mayın 31-dən iyunun 8-nə qədər bağlı olacağı məlum olub.
Yollardakı sıxlığın aradan qaldırılması ilə bağlı metronun açılması gözlənilirmi sualını Day.Az birbaşa "Bakı Metropoliteni" QSC-yə ünvanlayıb.
Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətinə daxildir və qərarı yalnız sözügedən qurum verə bilər.
Saglamolun.Az