"Araşdırmalar təsdiq edir ki, mətbəxdə zeytun yağından istifadə insan sağlamlığı üçün daha uyğundur. Amma, bizim xalq zeytun yağını bəzən səhv istifadə edir. Belə ki, salatlarda istifadə olunmalı olan zeytun yağın ilə yemək hazırlayırlar. Bu yağ da istiyə məruz qaldıqda sağlamlıq üçün daha da ziyanlı olur".
Sağlamolun.az xəbər verir ki, bu sözləri "Baku City Hospital"ın Cərrah-hepatoloqu, T.Ü.F.D. Sevinc Salahova Səhiyyə TV-də yayımlanan "Can Sağlığı" proqramında deyib.
Həkim bildirib ki, o zeytun yağından istifadə etmək olar ki, bişirməyə yararlıdır:
"Sağlamlıq üçün bitki yağlarına daha çox üstünlük vermək lazımdır. Seçim etmək lazım olarsa, zeytun yağı, bununla bərabər kəndlərdə hazırlanan nehrə yağları ən faydalı yağlar sırasında birincidir. Elə ən düzgünü də budur".
Həkimlə əlaqə saxlamaq üçün 050-315-17-17 mobul nömrəsinə zəng edin!
Daha ətraflı videodan izləyin:
Saglamolun.Az