Koronavirus ömrü qısaldır? - Professor açıqladı

İnkişaf etmiş ölkələrdə orta ömür uzunluğu koronavirus pandemiyası səbəbiylə bir yarım və iki ilə qədər azalıb.

Bu barədə Corc Mason Universitetinin professoru Ança Baranova müsahibəsində bildirib.

“Koronavirus xəstəliyinin hər epizodu az da olsa, həyatımızı qısaldır. Bəzi hallarda isə əhəmiyyətli dərəcədə azaldır”, - bioloq vurğulayıb.

Baranova bu qənaətləri ABŞ statistikasına əsaslanaraq verib. Mütəxəssis yekunda COVİD-19-un birdən çox dəfə yoluxa bilən sistemik bir xəstəlik olduğunu xatırladıb. (publika.az)

Saglamolun.Az