Xəbər verdiyimiz kimi, bu gün Gəncə şəhərində ana və iki azyaşlı övladı dəm qazından boğularaq ölüb.
Metbuat.az xəbər verir ki, Gəncədə dəm qazından boğulan qadın Xırdalan şəhər 2 saylı məktəbin ingilis dili müəllimi olub.
Qeyd edək ki, hadisə Yeni Gəncə deyilən ərazidə baş verib. Orada yaşayan 1987-ci il təvəllüdlü Leyla Bağırova, onun övladları 2014-cü il Murad Məmmədov və 2015-ci il Xədicə Məmmədova hamamda çimərkən dəm qazından zəhərlənərək ölüblər. Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi başlanıb.
Dünyasını dəyişən ana və uşaqların fotosunu təqdim edirik. (APA)
Saglamolun.Az