Ağdam rayonunda vəzifəli şəxs minaya düşüb.
İnterAz-ın verdiyi xəbərə görə, Ağdam rayon Mexaniki Suvarma İdarəsinin rəisi Hafis Əzimzadə minaya düşüb.
Hadisə rayonun Novruzlu kəndində baş verib. H.Əzimzadə piyada əleyhinə minaya düşərək xəsarət alıb. Ağır yaralanan idarə rəisi Bərdə Rayon Mərkəzi xəstəxanasına yerləşdirilib.
Saglamolun.Az