Əkizlərini torpağa tapşıran ata kəfəni açanda şok yaşadı - VİDEO

Dağıstanda qəribə olay yaşanıb.

Saglamolun.az kp.ru-ya istinadla bildirir ki, Dağıstan sakinləri Laura və Daud Daudovlar illər ərzində övlad sahibi ola bilmirdilər. İyun ayının ortalarında möcüzə baş verdi. Hamiləlik testi müsbət nəticə verdi və xoşbəxt Laura lazımi tibbi müayinələrdən keçmək üçün həkimə müraciət edib.

“Həkimlər lazım olan bütün prosedurları etdilər və hamilə olmadığımı dedilər. Bu faciə idi. Həyat yoldaşım hamilə qaldığıma görə çox sevinirdi. Ona həqiqəti deyə bilmədim” - Laura bildirib. - Beləliklə, hamilə qadın kimi davranmağa davam etdim və zaman keçdikcə məndə hamiləliyin bütün əlamətləri üzə çıxmağa başlayıb, qarnım böyüyüb, sanki mən həqiqətən hamiləyəm. Mən hətta uşaqların qarnımda hərəkətlərini hiss edirdim!”

“Doğuşa” yaxın Laura Stavropola doğum evinə yollanıb. Burada qadın 2 kukla alıb onlara hətta bir müddət “qulluq” edirdi. Daha sonra Laura həyat yoldaşına uşaqların xəstəxanada qansızmadan öldüyünü bildirir, “uşaqları” kəfənləyir və onlarla birlikdə evinə qayıdır. Yoldaşı “uşaqları” basdırmağa aparanda kəfənin bir qırağını açıb şoka düşür.

Daud uşaqların doğum evində oğurlanmasından şübhələnərək polisə müraciət edir. Həqiqəti biləndən sonra kişi növbəti dəfə sarsıntı keçirir.  

Bu hadisəni şərh edən ginekoloqlar bildiriblər ki, bəzi uzun müddət ərzində sonsuzluqdan müalicə alan, həddindən artıq uşaq istəyən qadınlarda belə “yalançı hamiləlik” həqiqətən mümkündür. Qadında  hamiləliyə xas olan bütün əlamətlər meydana çıxır – ürəkbulanması, qusma, qarının böyüməsi və s.

Saglamolun.Az