Müəllimlərin vaksinasiyası məcburi olacaq? - Rəsmi cavab

"İlkin olaraq yaşı 50-dən yuxarı olan müəllimlərin vaksinasiya olunması tövsiyə edilir".

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Facebook"da yazıb.

O qeyd edib ki, Bakı, Abşeron və Sumqayıtda 16 min 698, bölgələrdə isə 32 min 657 müəllimin yaşı 50-dən yuxarıdır, müəllimlərin vaksinasiyasında heç bir məcburetmə halı olmayacaq.

Saglamolun.Az