Bu vitamin koronavirusdan ölüm riskini 3 dəfə azaldır

Beynəlxalq alimlər qrupu koronavirusa ən effektli təsir göstərən vitaminin hansı olduğu barədə araşdırma aparıblar.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə məlumat “Nutrients” jurnalında dərc edilib.

Araşdırmalar nəticəsində C vitamininin koronavirus infeksiyasından ölümlərin üç dəfə azalmasına kömək etdiyi bəlli olub.

Bildirilib ki, C vitamininin istifadəsi koronavirusun səbəb olduğu ağır xəstəlik sayının azalmasına və nəticədə ölümlərin 68 faiz azalmasına kömək edir.

Həmçinin gündəlik 6-24 qram vitamin qəbulu infeksiya halında süni nəfəs cihazında qalma müddətini azaldır.

Tədqiqat müəlliflərindən biri Anitra Karr qeyd edib ki, bədən immun sistemini dəstəkləmək üçün C vitamini istifadə edir, lakin orqanizm C vitamini ifraz edə bilmir.

Saglamolun.Az