Bakıda 63 yaşlı qadın ana oldu - VİDEO

Saglamolun.az modern.az-a istinadla xəbər verir ki, 12 noyabr tarixində Bakı Sağlamlıq Mərkəzində 63 yaşlı xanım Gövhər Cəfərova dünyaya oğlan uşağı gətirib.

Ailənin ilki olan körpəyə 10 noyabr tarixi Qələbəmizin şərəfinə valdeynləri Zəfər adını verdi və vətəninə sadiq gələcəyin əsgərini yetişdirəcəyini bildirdilər. Ana illərdir həsrətində olduğu arzusunun gerçəkləşməsinə çox sevinir və bütün xanımlara tövsiyə edir ki, belə bir arzuları, məqsədləri varsa sonacan arxası ilə getsinlər. Qadın hər yaşda ana ola bilər.

Saglamolun.Az