“Adətən üç məsələdə ciddi səhvə yol veririk: ünsiyyət, sosial məsafə və maskadan istifadə”.
Bu sözləri tanınmış həkim Vasif İsmayıl koronavirusa yoluxma sayının artması səbəblərindən danışarkən bildirib.
O, sonra əlavə edib: “Bunlar çox vacibdir. İctimai nəqliyyatda, əhalinin ən sıx olduğu yerlərdə maska taxmaq yoluxma sayını onlarla dəfə azalda bilər.”
Həkim əllərin vaxtaşırı təmiz yuyulmasının da vacibliyindən danışıb: “Səhiyyə sistemimiz öz işini görür, amma insanlar da öz həyatlarını qorumağa çalışmalıdır.” (Lent.az)
Saglamolun.Az