Bu vitaminləri qəbul edənlərin 85%-i koronavirusdan sağalıb - Nazirlik rəsmisi

“Həkim kimi mütəxəssislərə müraciət etmədən evdə özünü müalicəni tövsiyə etmirəm. Özündə COVİD-19 simptomları hiss edənlər mütləq şəkildə ərazi üzrə poliklinikalara, sahə həkimlərinə müraciət etməlidirlər”.

Bunu AzTV-nin efirində yayımlanan “Gün Başladı” verilişində qonaq olarkən Səhiyyə Nazirliyinin İSİM-in şöbə müdiri Səbinə Babazadə deyib.

“Sahə həkiminin müşahidəsi altında status müəyyən edilir və dövlət hesabına o şəxslərə təmənnasız vitaminlər verilir.

Son dörd ay ərzində belə bir praktikamız olub, yüngül simptomlu, ilkin mərhələdə aşkar edilən xəstələr Vitamin C, Maqnezium, Sink və s. verilir. Bu vitaminlərin qəbulu həm də mövsümə görə immun sisteminə müsbət təsir edir. Bu vitaminləri qəbul edən insanlar arasında 85 faiz xəstə ağırlaşmadan COVİD-19-dan sağalıb. Onu da qeyd edək ki, onların yanaşı xəstəlikləri olmayıb”.

Saglamolun.Az