Dünya mətbuatının əsas manşetinə çevrilən 2 yaşlı Nilay erməni terroru nəticəsində atası, anası və nənəsini itirdi.
Oktyabrın 11-i gecə saatlarında Nilay son kəs öz doğmalarının qayğısı ilə yuxuya getdi, son kəz onların üzlərini gördü.
Atılan raket zərbəsi balaca Nilayın həyatında heç zaman silinməyəcək izlər qoyacaq desək, heç də yanılmarıq.
Atası Adil Əliyev və nənəsi Afaq Əliyeva həmin gecə dünyasını dəyişdi.
Anası Günay isə dağıntılar altından çıxarılandan bir gün sonra xəstəxanada həyata gözlərini yumdu.
Balaca Nilay hazırda ana nənəsi Sevil Babazadənin himayəsindədir.
Heç nədən xəbərsiz körpə gülür, oynayır.
Ailə üçün ən böyük zərbə övladlarının gecənin birində yatarkən öldürülməsidir.
Gəncə terroru öz qəddarlığı və amansızlığı ilə bir daha ermənilərin insanlığa qarşı ən böyük təhlükə olduğunu bütün dünyaya nümayiş etdirdi.
Düşmən məhz Xocalı soyqırımında olduğu kimi yenə də günahsız insanları hədəf aldı.
Təəssüf ki, bu gün beynalxalq təşkilatlar Gəncə faciəsinə səssiz qalır, ikili standartlar yürütməklə yaşanan ədalətsizliyi görməkdən gəlir.
Lakin susan vicdanları Azərbaycan Ordusu dilə gətirəcək.
Nilay kimi onlarla körpələrimizin intiqamını məhz Azərbaycan ordusu alacaq. Necə ki, alır da...
Saglamolun.Az