Əlləriniz tez-tez tərləyirsə... SƏBƏBLƏR

Bu pozulma lokal hiperhidroz (bədənin hər hansı hissəsinin - əllər, ayaqlar - həddindən artıq tərləməsi) adlandırılır.

Bunun 2 əsas səbəbi var:

- belə hiperhidroz hər hansı digər xəstəliyin simptomu kimi meydana çıxır

- irsiyyətlə bağlı olan essensial hiperhidroz. Essensial hiperhidroz xəstəlik sayılmır.

Əllərinizin içi tez-tez tərləyir, nəm olursa, bunun səbəbini araşdırmaq lazımdır.

Saglamolun.az sizə bu səbəbləri təqdim edir:

- hipotoniya (aşağı təzyiq) və ya vegetativ-damar distoniya

- qan dövranının pozulması

- hipertireoz (qalxanvari vəzinin fəaliyyətinin artması ilə bağlı olan pozulma). Bu zaman əllər tez-tez nəm və isti olur, bədənin hərarəti artır, insan "səbəbsiz olaraq"  çəki itirir, əsəbi olur.

- qaraciyər və öd kisəsi xəstəlikləri

- xolesterol mübadiləsinin pozulması

- sinir sisteminin fəaliyyətinin pozulması.

Əgər sizdə bu pozulmalardan heç biri aşkar olunmayıbsa, bu essensial hiperhidrozdur. Bu pozulmanı aradan qaldırmaq üçün xalq təbabəti vasitələrindən (palıd qabığı dəmləməsi, zəy, sirkə və soda ilə əl vannaları və s.) istifadə edə bilərsiniz.  


loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Rauf Rzayev

Rauf Rzayev

Andrologiya

Uroloq-androloq İş stajı - 22 il

Ətraflı...
Günay Əsədova

Günay Əsədova

Ginekologiya

Cərrah, mama-ginekoloq İş stajı - 14 il

Ətraflı...

 


Яндекс.Метрика