Təhsil Nazirliyi bu gün ümumi təhsil müəssisələrində COVID-19 virusuna yoluxmaya dair məlumat yayıb.
Nazirlikdən Pravda.az-a verilən məlumata görə, bu gün bədən hərarəti 37 dərəcədən yuxarı olan şagirdlərin sayı 51 olub. Bədən hərarəti 37 dərəcədən yuxarı olmuş işçi heyətinin sayı isə 1 nəfər təşkil edib.
Bu gün virusa yoluxan şagird sayı isə 10, İşçi heyətinin sayı 2 olub.
Saglamolun.Az