ABŞ və Koreya alimləri belə nəticəyə gəliblər ki, dəniz yosunlarının tərkibinə daxil olan Heparin yeni koronavirusun yayılmasının qarşısını alır.
Bu barədə “Report” “Cell Discovery” nəşrinə istinadən xəbər verir.
Bildirilir ki, Heparin ABŞ-da tətbiq edilən remdesivir - COVID-19-un əsas preparatından da güclüdür. Alimlərin nəşrdə dərc edilən tədqiqatlarının nəticələrində bildirilir ki, mütəxəssislər artıq Denge, Zika və A qripi viruslarını neytrallaşdırmağa çalışan yeni üsulu koronavirus üzərində də sınamağa qərar veriblər.
Məlum olub ki, yosunlarda olan Heparin virusla mübarizə aparmaqda ən yaxşı üsuldur.
Alimlər güman edirlər ki, yosunlardan hazırlanan virus əleyhinə burun spreyi erkən mərhələlərdə xəstəliyi müalicə etməyə və ya hətta yoluxmanın qarşısını almağa kömək edəcək.
Saglamolun.Az