ANS-in məşhur aparıcısı koronavirusa görə imdad dilədi - Xahiş edirəm... - FOTO

2016-cı ildə bağlanan ANS telekanalının məşhur aparıcılarından olan Gülnarə Məmmədova koronavirusla bağlı yardım istəyib.

Ölkə.Az-a istinadən xəbər verir ki, o, sosial şəbəkə profilində gəlinlərinin virusa yoluxduğunu, təcili yardımın cavab vermədiyini və çarəsiz qaldıqlarını yazıb:

"Xahiş edirəm, yol göstərin. COVİD-19 virusuna yoluxan gəlinimiz və qardaşımın qızı neçə gündür evdə müalicə alırlar. Gəlinimizi vəziyyəti çox pisləşdi, xəstəxanalarda yer yoxdur deyilir.

Təcili yardım cavab vermir".

 

Saglamolun.Az