Qucaqlaşmanın faydaları - bağlılıq yaradır, ağrıları azaldır...

Milli.Az qucaqlaşmanın 20-ə yaxın faydasını təqdim edir:

- Xoşbəxtlik hormonunun ifrazı sayəsində xoşbəxt olmağı təmin edir.

- Güvən hissi yaradır.

- Narahatlıqları azaldır.

- Tərəflərin sakitləşməsinə şərait yaradır.

- Qarşı tərəfi anlamağı asanlaşdırır.

- Gərginliyi və stressi aparır.

- Şəfqət hissi və rahatlıq verir.

- Bağlılıq yaradır.

- Sədaqəti artırır.

- Hamilə qadınlarda doğuşdan sonrakı ağrıları azaldır.

- Yeni doğuş edən qadınlarda südün artımına səbəb olur.

- Depressiyanı uzaqlaşdırır.

- Psixoloji problemlərin azalmasına kömək olur.

- Aşiq olmağa şərait yaradır.

- Ayrılığa mane olacaq gücə malikdir.

- Ayrılıq acısını azaldır.

Qeyd edək ki, 21 yanvar tarixi bütün dünyada Qucaqlaşma Günü kimi qeyd olunur.

Beynəlxalq Qucaqlaşma Gününün (International Hug Day) əsası 1986-cı ildə ABŞ-da qoyulub. Sonradan bütün dünyada yayılıb.

Saglamolun.Az