Koronavirus pambıq maskaların üzərində cəmi 1 saat yaşayır

Mutasiyadan sonra hüceyrələrə daxil olma gücü təxminən 10 dəfə artan koronavirus pambıq parça və əlcəklərin üzərində cəmi bir saat yaşaya bilir.

Oxu.az bildirir ki, Haberler.com bu barədə ABŞ-da yerləşən “Scripps” araşdırma mərkəzinə istinadla məlumat verir.

Tədqiqatın nəticələrinə görə, koronavirusun yayılmasından sonra tez-tez istifadə olunan plastik əlcəklər və maskalar virusun səthlərdə qalma qabiliyyətinə əslində təsir eləmir.

Qeyd olunur ki, 100% pampıqdan hazırlanmış əlcək və maskaların üzərində virusun yaşama müddəti bir saatdan artıq deyil və bu qoruyucu vasitələr plastik analoqlarından dəfələrlə effektlidir.

Saglamolun.Az