Bu gün Bakıda daha bir həkim koronavirusdan dünyasını dəyişib.
Anews.az-a etibarlı mənbədən daxil olan məlumata görə hadisə bu gün 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstanxanasında baş verib. Belə ki, həmin xəstəxana həkimi (ad soyadı bilsək də qeyri etik olduğu üçün yazmırıq.) Xəstəxana artıq nəzarətə götürülüb və həmin xəstəxananın 10 həkimi karantinə göndərilib.
TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, "rəhmətə gedən həkimlə bağlı təkzib və təsdiq verə bilmir və bu Operativ Qərargağa aid olan məsələdir. Xəstəxananın bağlanması isə bir çox xəstəxanalar kimi 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası dezinfeksiya edilmək məqsədilə bağlana bilər"- deyə o qeyd edib.
Saglamolun.Az