Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib.
Saglamolun.Az Trend-ə istinadən bildirir ki, Birinci vitse-prezidentin bununla bağlı etdiyi paylaşımda deyilir:
"Balaca soydaşlarımızı 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bütün balalara möhkəm cansağlığı, sevgi, sevinc, xoşbəxt gələcək arzulayıram!"
Saglamolun.Az