Rayonlardan Bakıya gəlmək olar, ancaq... - DİN

“Aprelin 27-dən etibarən xüsusi karantin rejimində yumşaldılmaların olması ilə bəzi iş yerləri açılıb.

Yumşaldılamalarla bağlı işinə icazə verilən şəxslərin sərbəst hərəkəti xüsusi icazə protalında qeydiyyatdan keçdikdən sonra təmin edilir. İcazə portalında barəsində məlumatlar varsa, o sərbəst hərəkət edə bilər. Ancaq bu halda da işə və işdən evə hərəkətə sərbəst icazə veriləcək”.

Cebhe.info xəbər verir ki, bunu DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev deyib.

O bildirib ki, həmin şəxslər digər hallarda başqa xidmətlərdən istifadə üçün SMS vasitəsilə icazə almalıdırlar.

Bu müddətdə rayondan Bakıya da gəlməyin mümkünlüyünü deyən K.Əliyev bunu həyata keçirmək üçün işinə icazə verilən şəxslərin mütləq halda icazə portalında qeydiyyatı yoxlamağa çağırıb: “Bunu etməlidirlər ki, postlarda Bakıya girişlə bağlı problemlə üzləşməsinlər”.

Saglamolun.Az