ÜST nümayəndəsi Bakıya gəldi: Koronavirus yenidən daha pis formada baş qaldıra bilər

Əgər karantin rejimi ləğv olunarsa və insanlar tətbiq edilən qadağalara əməl etməzlərsə, vəziyyət çox gərginləşə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bunu bir müddət əvvəl Azərbaycana gələn Ümumdünya Səhiyyə Təşkilatının nümayəndəsi Turanə Rəsulova deyib.

Onun sözlərinə görə, nəinki Azərbaycanda, eləcə də bütün dünyada koronavirus yenidən daha pis formada baş qaldıra bilər.

Odur ki, insanlar mütləq qaydada qoyulan bütün tələblərə əməl etməlidir.

Turanə Rəsulova həmçinin əlavə edib ki, Bakıdakı yoxlama işləri yüksək səviyyədə gedir.ÜST-ün nümayəndələri yaxın vaxtlarda bölgələrə də səfər edərək ordakı vəziyyəti yerində araşdıracaqlar.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Saglamolun.Az