Yeni qaydalar hazırlanır, onların əsasında yaşayacağıq - ÜST rəsmisi

“Koronavirus bir il insanların həyatından çıxmayacaq”.

Bunu ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib. O bildirib ki, koronavirusun nə vaxt bitəcəyini dünyada heç kim bilmir: “Mən də bunu bilmirəm. Bu, yeni bir xəstəlikdir, hələ yeni öyrənirik. Amma növbəti bir il ərzində də bu virusu həyatımızda hiss edəcəyik”.

TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib ki, heç həs növbəti bir il ərzində həyatının normala dönəcəyini gözləməməlidir: “Yeni qaydalar hazırlanır və bu qaydalar əsasında yaşayacağıq”.

Saglamolun.Az