190 manatı almaq üçün mənə niyə sms gəlmir sualını verən vətəndaşlara RƏSMİ CAVAB +VİDEO

Bu gün hər kəsi düşündürən bir sual var. 190 manat üçün  qeydiyyatdan keçmişəm. Mənə cavab niyə gəlmir?

Sfera.az xəbər verir ki, əhalini narahat edən  bu suala rəsmi cavab  verilib.

Dövlət Məşğulluq Xidmətinin  mətbuat katibi  Əsmər Nəcməddinqızı bildirib ki, sms almayan vətəndaşlar  narahat  olmasın. Hər bir vətəndaşa  cavab gələcək.

Mətbuat katibi  bildirib ki, müraciətlər çox olduğu  üçün  araşdırılır. Bunun üçün  vətəndaşa tezliklə  cavab gələcək.

55 min adama artıq ödəniş  təyin olunub və smslərin göndərilməsi davam edir.

Daha ətraflı  videonu təqdim  edirik:

Saglamolun.Az