Kişilər üçün ən vacib içkilər: məşq edənlər mütləq əməl etsin!

 

Satışda olan enerji içkilərinin orqanizmə zərərləri hər kəsə məlumdur. Xüsusən, fiziki aktivliyi olan, idmanla məşğul olan şəxslər üçün bir neçə üsulla təbii qidalarla hazırlanan, sağlamlığa heç bir ziyanı olmayan enerji içkilərini təqdim edirik.

Birinci resept:

Zəncəfil tozu 30 qram

Jenşen kökü tozu 100 qram

Dəmirtikanı (tribulus) kökü tozu 100 qram

Güldəfnə ( Hilba) toxumunun cücərmişi 100 qram

Çiçək tozu 100 qram

Buğda 100 qram (cücərmiş)

Qoz ləpəsi 200 qram

Nehrə yağı 400 qram

Bal 2 kq

Bitkilər quru olmalı qəhvəüyüdəndə üyüdüləndən sonra bal ilə qarışdırılmalıdır. Məcunda Güldəfnə və buğda cücrmişlərini isə belə edirsiniz dediyimiz bitkilərin hərəsindən 100 qram alın 1 gün suda saxlayıb sonrakı bir günü isə boşqaba sərərək üstünə yaş əsgi sərin 1 gün saxlayın sonra suda yuyun ət maşından kçirib bal və bitki tozları qarışdırılmış məcuna qarışdırın. Məcundan gündə 3 dəfə yeməkdən yarım saat əvvəl 1 dolu çay qaşığı yeməyiniz məsləhətdir.


İkinci resept:

Zəncəfil tozu 30 qram

Jenşen kökü tozu 50 qram

Radiola kökü tozu 50qram

Güləm 100qram

Arı südü 30 qram

Erkək arı homogenatı 50 qram

Bal şabalıd 1 kq

Məcun gündə üç dəfə yeməkdən yarım saat əvvəl 1çay qaşığı yeyilməlidir. Məcunu mütləq soyuducuda saxlayın. Çünki tərkibindəki arı südü və homogenat hava isti olan kimi tez parçalanır və faydasını itirir.

Üçüncü resept:

Xurma + süd

2 stəkan südə 8 ədəd yumşaq xurmanın qabıqları soyuluraq və tumu çıxarılaraq südə qarışdırıb blenderdən keçirib gün ərzində içilir.

 Sevinc Hüseynova

 

Saglamolun.Az