Valideyn 190 manatı ala bilməsə pul işsiz övlada verilə bilər - VİDEO

Xəbər verdiyimiz kimi Azərbaycanda işsiz vətəndaşlara 190 manat miqdarında birdəfəlik ödəniş edilir.

Qaydalara əsasən ödənişlər işləməyən, pensiya, təqaüd, yardım almayan vətəndaşlara  şamil  olunur.

Tələb olunan  şərtlərdən  biri  də vətəndaşın adına  pay  torpağın olmasıdır. Yəni,adına  pay  torpağı  olan  vətəndaş  bu  yardımı  ala  bilmir.

Oxu24.com vətəndaşları maraqlandıran bir sual  ətrafında araşdırma aparıb.

Hər kəsi maraqlandıran suallardan biri  də yetkinlik yaşına  çatmış  uşaqların, övladrların bu yardımdan  necə yararlanması  barədədir.

Misal üçün ailədə ata və ana məşğul şəxs hesab olunur, yəni işsiz kimi qeydiyyata alınmır. Bəs onların yetkinlik yaşına çatmış övladları 190 manatı  ala bilərmi?

Cavab: Bəli, yaşı 18 dən yuxarı  olan  şəxs ana və atasınından fərqli olaraq müraciət edə və 190 manatı ala bilər.

Mövzu ilə bağlı  açıqlama  verən  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Xidmətinin mətbuat katibi Əsmər Nəcməddinqızı bildirib ki, yetkinlik yaşına çatmış vətəndaş validynlərindən əlavə müraciət edə və bu pulu ala bilər.

Ətraflı videonu təqdim edirik:

Saglamolun.Az