Bənövşə otunun müalicəvi xüsusiyyətləri - XALQ TƏBABƏTİ

Xoş ətri və göz oxşayan rəngi ilə yanaşı zəngin tərkibə və faydaya sahib olan Bənövşə otu, bronxitlərdə, bronxopnevmoniyada, göyöskürəkdə geniş istifadə olunur. Sidikqovucu vasitə kimi böyrək və sidik yollarının xəstəliklərində (daxilə), hiposensibilizəedici və iltihab əleyhinə vasitə kimi istifadə olunan Bənövşə otu, həmçinin allergik dermatitlərdə və ekzemada (islatma və vanna şəklində) tətbiq edilir.

Öskürəyi yumşaldıcı və bəlğəmgətirici vasitə kimi bronxitlərdə, bronxopnevmoniyada, göyöskürəkdə, sidikqovucu vasitə kimi böyrək və sidik yollarının xəstəliklərində (daxilə), hiposensibilizəedici və iltihab əleyhinə vasitə kimi allergik dermatitlərdə, eksudativ diatezlərdə və ekzemada (islatma və vanna şəklində) tətbiq edilir.

İstifadə qaydası: Bir xörək qaşığı xammalın üzərinə 200 ml (1 stəkan) qaynar su tökülür, qaynayan su hamamında 15 dəq. dəmlənir, otaq temperaturunda soyudulur, süzülür. Gündə 3 dəfə, hər dəfə 1/2 stəkan daxilə qəbul edilir.

Qrip xəstəliyi zamanı 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqlarını 1 stəkan qaynar suya salın 15 dəqiqədən az olmamaq şərti ilə qaynatmaq və soyutmaq lazımdır. Dəmləməni gündə 3-4 dəfə olmaqla yeməkdən əvvəl 1/3 stəkan içmək yuxarıda adları çəkilən xəstəliklərin sağalmasına səbəb olur.
Ümumi soyuqlama əlamətləri olduğu zaman termosa 1 xörək qaşığı xırdalanmış quru bənövşə yarpaqları tökülür və üzərinə 1 stəkan qaynar su əlavə edilib 6-8 saat dəmləməyə qoyulur. Alınan qarışımdan gündə 3-4 dəfə 2 xörək qaşığı içmək soyuqlama əlamətlərini aradan qaldırır.
Dəri xəstəlikləri zamanı bənövşə yağını dəriyə sürtmək xəstəliyin sağalmasına səbəb olur. Bənövşə yağını özünüz də ev şəraitində hazırlaya bilərsinixz. Bunun üçün 2 xörək qaşığı qurudulmuş bənövşə çiçəklərini və əməklöməci yarpaqlarını qaba qoyub üzərinə 150 ml zeytun yağı əlavə etmək lazımdır. Qarışımı 15 dəqiqə qaynadıb soyuduqdan sonra şüşə qabda soyuducuda saxlamaq lazımdır. Dəri xəstəlikləri zamanı salfetkanı bu yağda isladıb xəstə nahiyəyə qoyduqda əlamətlər aradan qalxır.
Qida sənayesində istifadəsi
Bənövşə çiçəklərindən ən məşhur lokumların hazırlanmasında istifadə edilir. Onun çiçəklərini çay kimi dəmləyib içşmək və ya dəm çaynikinə əlavə etmək olur.
Bənövşənin ləçəklərindən tortların və salatların bəzədilməsi məqsədilə də geniş istifadə olunur.
Kosmetologiyada
Kosmetologiya sahəsində ən çox bənövşənin yağından istifadə edilir. Bu yağ dəriyə qulluq vasitələri arasında ön sıralarda durur. Ondan kosmetik kremlərin, mazların, saçlara qulluq vasitələrinin hazırlanmasına geniş istifadə olunur.
Müxtəlif sahələrdə istifadəsi
Dəvərəgöz bənövşədən hazırlanan ekstrat ürək fəaliyyətini yaxşılaşdırır, ateresklerozun, damar xəstəliklərinin, dermatitlərin, psoriazın, eqzemanın sağalmasını sürətləndirir.
Qeyd: Fərdi həssaslıq, qastrit, mədə və onikibarmaq bağırsağın xorası, hamiləlik, laktasiya və 12 yaşa qədər uşaqların qəbulu tövsiyə olunmur

Saglamolun.Az