100 il əvvəl ispan qripindən, indi koronavirusdan sağalıb - 104 yaşı var

İtaliyada 104 yaşlı qadın koronavirusdan sağalıb.

Milli.Az The Sun-a stinadla xəbər verir ki, Ada Zanusso adlı qadın koronavirusa qalib gəlib. O, pandemiyaya qalib gələn ən yaşlı insanlardan biridir.

Ada mart ayının 17-də, qocalar evində koronavirusa yoluxub. Onunla birlikdə qalan 20 nəfər ölsə də, 104 yaşlı Ada sağalıb.

Həkimlər onun sağalmasını "böyük ümid" adlandırıblar.

Qeyd edək ki, Ada Zanusso 1918-1920-ci illərin pandemiyasına çevrilən İspan qripinə də qalib gəlib.

Məlumat üçün bildirək ki, İtaliyada 128.948 nəfər koronavirusa yoluxub. Onlardan 15.887-si dünyasını dəyişib.

Saglamolun.Az