Pul və bank kartları koronavirusu yayır

Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisləri sübut edir ki, koronavirus kağız pullarının üzərində 4, bank kartlarının üzərində 9 günə qədər yaşaya bilir.

Saglamolun.az bildirir ki, koronavirus kontakt yolu ilə keçdiyi üçün insan pul və ya bank kartlarına toxunduqdan sonra üz, burun və ya gözlərinə əl vurarsa bu koronavirusa yoluxmasına səbəb ola bilər.  

Bütün bunları nəzərə alaraq mütəxəssislər pul və ya bank kartlarına toxunduqdan sonra əlləri su və sabunla yumağı və ya antiseptiklə silməyi tövsiyə edirlər.  

Saglamolun.Az