Koronavirusa qarşı unikal vaksin hazırlanıb

İsrail alimləri yeni koronavurusa qarşı vaksin hazırlayıblar. Buna Miqal Elmi-tədqiqat institutunun (Halileya, İsrail) alimləri nail ola biliblər.

Hal hazırda vaksin bütün sınaqlardan keçirilib.

Saglamolun.az «Детали» nəşrinə istinadla xəbər verir ki, yeni vaksin nəinki ümumi immun reaksiyasını yaradır, həmçinin yoluxma yerində yerli anticismlərin ifrazını stimullaşdırır.

Alimlər qeyd edir ki, virus orqanizmə selikli qişalardan (nəfəsalma sistemi, qida borusu və s.) daxil olur. Yeni vaksin virusu ən erkən etapda orqanizmdə daxil olduğu yerdə məhv etməyə kömək edir.

Saglamolun.Az