Xəstəxanadan çıxan Elməddin: Yavaş-yavaş sağalıram

Fevralın 5-də xəstəxanaya yerləşdirilən tanınmış aktyor Elməddin Cəfərov evə buraxılıb. O, ilk olaraq Oksananın filminin təqdimat mərasiminə qatılıb.

Yenicag.az-a açıqlama verən aktyor sağaldığını bildirib: “Yavaş-yavaş sağalıram, bu gün ayağa durdum və dostum Oksananın filminin təqdimatına gəldim”.

Aktyor zarafatından da qalmayıb: “Eşitmə qabiliyyətimdə problem yaranmışdı, o da aradan qalxdı. Bir, bir, bir…Görürsüz? Eşidirəm. Qulağımın girişi şişmişdi, içində iltihablaşma yaranmışdı. Həmin problemi çözmək üçün həkimlər gözlədilər, iki prosedurla problemi həll etdilər. Sağ qulağım da zəifləmişdi, şükür indi yavaş-yavaş eşidirəm”.

Saglamolun.Az