Taylandlı həkim koronavirusun müalicəsini tapdı: Adi qrip imiş

Çinin Yuhan şəhərində yayılan koronavirusun müalicəsi tapılıb.

AZXEBER.COM Qərb mətbuatına istinadən xəbər verir ki, Taylandlı həkim Kriangsak Atipornwanich 361 nəfərin ölümünə səbəb olan koronavirusun müalicəsini tapıb. Məlumata görə, koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 71 yaşlı kişi xəstəliyə qalib gəlib.

Həkim müalicənin qrip zamanı istifadə olunan dərmanların qarışımı ilə etdiyini deyib. O bildirib ki, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən kişiyə dərmanlar verildikdən 48 saat sonra özünə gəlib. Pekində olan xəstələrə də qrip üçün edilən müalicələrin olunduğu deyilir.

Lakin xəstəliyin müalicəsi hələlik təsdiq olunmayıb.

Saglamolun.Az