Dırnaq yeyən kişi ölümdən güclə qurtuldu - FOTO

48-yaşlı Şotlandiya sakini Stiven Makdonald uşaq vaxtından dırnaq yeyirdi. Bu pis vərdiş az qala onun ölümünə səbəb olub.

Saglamolun.az The Daily Mail-ə istinadla bildirir ki, bu ilin əvvəlində Stiven ehtiyatsızlıqdan barmağını dişləyib. Yaradan qan axmağa başlayıb, barmaq isə keyiyib. Növbəti gün barmaq şişib və dərinin altında sarı irin əmələ gəlib. Bundan qorxan kişi dərhal həkimə müraciət edib.

Müayinə zamanı məlum olub ki, kişidə panarisiy (dırnaq ətrafı dərinin bakterial infeksiyası) inkişaf edib. Bakteriyalar artıq qana keçib. Həkimlər xəstəyə güclü antibiotikləri təyin edib, cərrah yaranı təmizləyib, dırnağı çıxardıb. Stiven 4 gün ərzində xəstəxanada həkimlərin nəzarəti altında qaldıqdan sonra evə  buraxılıb.

Həkimlərin sözlərinə görə, əgər Stiven xəstəxanaya bir qədər gec müraciət etsəydi, onun həyatını xilas etmək mümkün olmazdı.

Saglamolun.Az