10 yaşlı Nərminin atasından yeni AÇIQLAMA: Uşaq 46 gündür itkin düşsə də, yaşayırmış...

Ötən il Tovuz rayonunda itkin düşmüş 10 yaşlı Nərmin Şərif qızı Quliyevanın qətlilə bağlı çoxsaylı versiyalar irəli sürülür.

Sosial şəbəkə istifadəçilərinin bəziləri hadisənin ana və uşağın əmisi, digərləri əmisi oğlu tərəfindən törədildiyini iddia edir. Hətta bəziləri daha da irəli gedərək ananın öz qayını ilə münasibətlərinin olduğunu qeyd ediblər.

Məsələ ilə bağlı Modern.az-a daha bir açıqlama verən Nərminin atası Şərif Quliyev çox əsəbi şəkildə iddiaları yalanlayıb: “Bunu kim deyir?! Kim yayır bu məlumatları?! Gəlsinlər dediklərini sübut etsinlər. Bunu yayanlar elə qətli törədənlərdir ki, fikri yayındırırlar. Kim belə alçaq fikirləri irəli sürür, iddia edirsə, qabağa çıxsın”.

Ş.Quliyev qeyd edib ki, qızı Nərmin 3-4 gün əvvələ qədər yaşayırmış: “Ekspertlər ilkin rəy verdilər ki, qətl yeni törədilib. Uşaq 46 gündür itkin düşsə də, yaşayırmış. Kimsə 3-4 gün əvvəl öldürüb, yandırıb həmin əraziyə atıb. Bunu edən də bizim aramızdadır. Hansı şəfərsiz, hansı vicdansız edibsə, mütləq ortaya çıxacaq”.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, Tovuz rayonunun Dondar Quşçu kəndində anadan olmuş 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının 21 noyabr 2019-cu il tarixdə itkin düşməsi ilə əlaqədar aparılmış araşdırmalarla onun qəsdən öldürülməsinə kifayət qədər əsaslar müəyyən edildiyindən Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Saglamolun.Az




loading...