Sosial şəbəkədə Qazaxıstanda qəzaya uğrayan laynerdən körpənin xilas edilməsi barədə video yayımlanıb.
Saglamolun.az oxu.az-a istinadən xəbər verir ki, kadrlarda sinəsinə balaca uşağı sıxmış polisin təcili yardım maşınına tərəf qaçdığı görünür.
Xatırladaq ki, dekabrın 27-də səhər "Bek Air" aviaşirkətinə məxsus təyyarə uçuşdan dərhal sonra qəzaya uğrayıb.
İlkin ehtimallara görə, faciəyə səbəb olan mühərrikdə nasazlıq yaranıb. Qazaxıstan DİN-in məlumatına görə, qəza nəticəsində 12 nəfər həlak olub, 49 nəfər xəsarət alıb.
Saglamolun.Az