Bakıda tələbə qız dəm qazından öldü

Göyçay rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Saglamolun.az APA-ya istinadən xəbər verir ki, Göyçay rayon Çərəkə kənd sakini, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının 2-ci kurs tələbəsi Babayeva Lalə Niyaməddin qızı Bakıda kirayə qaldığı evin hamam otağında dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

Saglamolun.Az