Şəkidə yetkinlik yaşına çatmayan qızda hamiləlik aşkarlanıb.
Trend.az-ın məlumatına görə, fakt Şəki rayonunun Suçma kəndində müəyyən edilib.
Belə ki, oktyabrın 15-də Şəki Rayon Mərkəzi Xəstəxanasının ginekologiya şöbəsinə Göygöl rayonunda anadan olmuş,
Şəki rayonunun Suçma kəndində yaşayan, 2003-cü il təvəllüdlü Qasımova Nurcahan Mürşüd qızı gətirilib.
Xəstəxanada müayinə zamanı qızın beş aylıq hamilə olduğu müəyyənləşdirilib və bu barədə Şəki Şəhər Polis Şöbəsinə məlumat verilib.
Faktla bağlı şöbədə araşdırmalara başlanılıb.
Saglamolun.Az