Ağciyər xəstəliklərini belə müalicə edin - TƏBİİ ÜSUL

Ağciyər xəstəliklərinin təbii yolla bir çox müalicəsi var.

Sağlamolun.az ağciyər xəstəliklərinin dərmanı olan, nənələrimizin müalicə üsulundan birini təqdim edir:

Tərkibi:

1/2 kq qırmızı soğan;

1/2 kq şəkər;

2 limon;

1,5 litr su;

7 xörək qaşığı təbii evdə hazırlanmış bal.

Hazırlanma qaydası:

- Şəkəri metal qabda orta temperaturda qızdırın və qarışdırmağı unutmayın.

- Soğanı xırda doğrayıb şəkərə əlavə edin. Bir az qızardın və su əlavə edin.

- Bu qarışığı suyun üçdə biri buxarlanana qədər qaynadın.

- Sonra bal və limondan sıxılmış suyu əlavə edin. Qarışdırın.

Qarışığı bir gecə saxlayın. Bundan sonra, mayeni bir ələkdən süzün və bir şüşəyə tökün. Qarışım hazırdır.

Saglamolun.Az