Qəpik, açıq sancaq, rəngli daşlar, fərqli ölçülərdə dəmir, həmçinin, plastik hissələr, bir sözlə, 100-ə yaxın müxtəlif əşya...
Xəzər TV xəbər verir ki, bütün bunlar əməliyyat ilə 3 yaşına kimi olan uşaqların qida borusu və tənəffüs yollarından çıxarılıb.
2 saylı Klinik Uşaq Xəstəxanasının baş həkimi Azər Xudiyev deyir ki, düymə, oyuncaq hissələri, dəmir parçalar, gözmuncuğu, sancaqkimi əşyalar ilə müqayisədə son vaxtlar qəpik udma halları daha çox müşahidə olunur.
Azər Xudiyevin sözlərinə görə, təhlükəli hesab olunan hallardan biri də oyuncaq batareyalarının uşaqlar tərəfindən udulmasıdır.
Valideynlər isə azyaşlıları ən çox sancaqdan qoruduqlarını deyirlər.
Onların sözlərinə görə, sancağın udulması halları ilə daha çox qarşılaşıblar.
Azər Xudiyev deyir ki, bu günə kimi, əməliyyat edilən ən balaca körpə 4-5 aylıq olub ki, onun da qida borusundankiçik oyuncaq hissəciyi çıxarılıb.
Saglamolun.Az