Qara qarağat yarpaqları nəyə faydalıdır? - Mütləq oxuyun

İnsan orqanizmini ağ günə çıxaran qara qarağatın özü kimi, yarpaqları da çox faydalıdır.

Sağlamolun.az qara qarağat yarpaqlarınıın faydalarını təqdim edir:

- avitaminoz (vitaminlər çatışmazlığı) və immun sisteminin zəifləməsi zamanı çox faydalıdır

- uzun sürən xəstəliklərdən sonra orqanizmin bərpasını sürətləndirir, gümrahlıq bəxş edir

- güclü iltihab və virus əleyhinə təsirə malikdir

 

- sidikqovucu təsir edir - şişkinliyi azaldır, böyrəkləri və sidik kisəsini təmizləyir

- qan damarlarını möhkəmləndirir

- podaqra və revmatizm zamanı faydalıdır

- qanda şəkərin səviyyəsini aşağı salır

- qripp, soyuqdəymə, angina zamanı kömək edir

- öskürəyi müalicə edir

- arterial təzyiqi aşağı salır

- orqanizmi cavanlaşdırır

- xərçəngin profilaktikasıdır

- dəri xəstəlikləri, iltihabları zamanı islatmalar şəklində istifadə olunur, dərinin bərpasını sürətləndirir

- körpələrin çimizdirilməsi üçün istifadə olunur. Onların dərisinə çox müsbət təsir edir - dərini sakitləşdirir, səpkiləri azaldır.

Qara qarağat yarpaqlarını adi çaya da əlavə edə bilərsiniz. Bu, çox gözəl profilaktik vasitədir.

Saglamolun.Az