Azərbaycanda uşaq pulunun veriləcəyi barədə söz-söhbətlər bitmir. Bəzi mənbələrin verdiyi məlumata görə, rəsmi qurumlarda uşaqların siyahısının yenilənməsinə başlanılıb.
Artıq “JEK”lərdən evlərə zəng vurularaq dəqiqləşdirmələr aparılır.
Qeyd edilir ki, Sentyabr ayından etibarən 1-7 yaş uşaqlar üçün 80 manat, 8-14 yaş uşaqlar üçün 50 manat, 15-18 yaş uşaqlar üçün 30 manat uşaq pulu veriləcəkdir.
Məsələ ilə bağlı Sherg.az-a danışan millət vəkili Araz Əlizadə bildirdi ki, uşaq pulunun tətbiq olunmasına dair müəyyən müzakirələr aparılıb: “Parlamentin payız sessiyasında uşaq pulu ilə bağlı vəsaitin miqdarını müəyyən edəcəyik”.
Saglamolun.Az