Masallıda dəhşətli qəza: səkkiz nəfər öldü - VİDEO

Masallıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, “Mercedes Vito” markalı mikroavtobus eyni istiqamətdə hərəkətdə olan “KAMAZ” markalı yük maşınına çırpılıb.

Nəticədə 7 nəfər həlak olub, 2 nəfər yaralanıb. Masallıda ağır qəzada həyatını itirən şəxslərin kimliyi məlum olub.

Bölgə müxbirinin verdiyi xəbərə görə, ölənlər 1983-cü il təvəllüdlü Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları - 2002-ci il təvəllüdlü Rzayev Hikmət Əsgər oğlu, 2008-ci il təvəllüdlü Rzayev Azər Əsgər oğlu; 2002-ci il təvəllüdlü Tağıyev Əlizahir Atalı oğlu, 2016-cı il təvəllüdlü Rufullayev Ayxan Natiq oğlu, 1995-ci il təvəllüdlü Məmmədova Aytac Ələkbər qızı, 1996-cı il təvəllüdlü Məmmədova Gültac Ələkbər qızı, 1997-ci il təvəllüdlü Məmmədov Elgün Ələkbər oğludur.

Ağır qəzada xəsarət alan iki nəfər isə 1995-ci il təvəllüdlü Tağıyeva Miranə Atalı qızı, 1985-ci il təvəllüdlü Rzayeva Ruhiyyə Əkbər qızıdır. Hər iki şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir.

“KAMAZ” markalı maşının sürücüsü, 1988-ci il təvəllüdlü Elvin Zeynalov qəzadan xəsarət almadan xilas ola bilib.

İlkin məlumata görə, mikroavtobusda olanların hamısı qohum olublar və Bakıdan Lerikə toya gedirmişlər.

Saglamolun.Az




loading...

HƏKİMLƏR

Vüsalə Hüseynova

Vüsalə Hüseynova

Psixoloq

Psixoloq İş stajı – 7 il

Ətraflı...
Günay Hacıyeva

Günay Hacıyeva

Ginekologiya

Mama-Ginekoloq. Vaginizm üzrə mütəxəssis. Cinsəl terapist Əmək stajı - 17...

Ətraflı...
Nərgiz Nəzirova

Nərgiz Nəzirova

Dietologiya

Həkim-dietoloq Əmək stajı - 7 il

Ətraflı...

 


Яндекс.Метрика