Qız qalasının sirri açıldı – Qalanın kodu Quranın koduna bağlanır

XII əsrdə tanınmış memar Məsud Davud oglu tərəfindən tikilən və Bakının simvoluna çevrilən Qız qalası özündə bir çox sirləri gizlətməkdədir.

O sirləri tədqiqatçılar və memarlar zaman-zaman açmağa çalışsalar da hələ də qala özündə sonsuz sayda sirr saxlayır.

Tədqiqatçı-yazıçı Paşa Yaqub da öz növbəsində bu sirlərdən bir neçəsinə aydınlıq gətirir. Tədqiqatçı bu barədə fikirlərini Moderator.az saytı ilə bölüşür:

– Qalada diqqət çəkən məqamlardan biri gövdə hissəsində 32 diş, çıxıntı (qol) hissəsində isə, 23 diş olmasıdır. Bu faktı Quran prizmasından işıqlandırsaq:

23 – "Möminlər” surəsinin;

32 – "Səcdə” surəsinin sıra nömrələridir. Elə isə:

23 + 32 = 55

Bildiyimiz kimi, 55 ədədi "Rəhimli Allah” surəsinin sıra nömrəsi olmaqla, Allaha işarədir.

32 – 23 = 9

Bildiyimiz kimi, 9 rəqəmi  "Tövbə” surəsinin nömrəsi olmaqla, Quranda tövbə rəmzi sayılır.

Qeyd edim ki, qala özü də "9” formasında olmaqla, "Tövbə” surəsinin simvoludur.

Bütün bunları nəzərə alsaq görərik ki, Qız qalasının bizlərə ötürdüyü kodlaşdırılmış mesaj belədir:
"Möminlər tövbə edərək yalnız Allah qarşısında  səcdə etməlidirlər”.

Onu da qeyd edim ki, Dünyadakı 11 iqlimdən doqquzu (!) Azərbaycandadır.

Maraqlıdır ki, qalanı tədqiq edən bütün tədqiqatçılar orada keçən ölçülərin  hamısının  555 ədədinə bağlandığını təsdiq edirlər. Məsələn:

159+951 = 1110

258+852 = 1110

357+753  = 1110

456+654  = 1110

1110 ədədi isə, 555 ədədinin iki mislidir.

Qalanın tikilişində  diqqət çəkən digər məqam onun kərpic qatlarının 555 sıra olmasıdır.

Ona görə də tədqiqatçılar 555 ədədini Qız qalasının kodu hesab edirlər.

Maraqlıdır ki, 555 ədədi həm də Quranın özəyini təşkil edir. Belə ki, Quranın 114 surədən ibarət olmasının sirri də məhz 555 ədədinə bağlanır!

Bunu aşağıdakı düsturdan görəcəksiniz:

- Kainatın 4 cəhətdən;

- Təbiətin 4 fəsildən ibarət olmasını;

- İnsanın 4 ünsürdən (torpaq, su, hava, ruh) yaranmasını;

- Quranın 4-cü səmavi kitab olmasını nəzərə alıb, bu müqəddəs kitabın ilk dörd surəsində olan ayələri cəmləyək:

7 + 286 + 200 + 176 = 669

Həmçinin, bu 669 ayələrə diqqətlə fikir versək, görərik ki, burada bəşəri dəyərlər çox mülayimliklə təbliğ edilir və heç bir cəzadan söhbət açılmır. Buna görə də 669 ədədi Quranda bəşəri dəyərlər rəmzi sayılır.

Bəşəri dəyərlərə əməl etməyənlərin necə cəzalanacağından bəhs edən surələr isə 9 rəqəmi (Qeyd edim ki, 9 TÖVBƏ surəsinin sıra nömrəsidir.) ilə gəlir (9, 19, 29, 39, ……109) və sayı 11 olan bu surələrdəki ayələri cəmləsək, 555 (!) ədədi alınar.
Bu ayələr isə, bir qayda olaraq cəzadan və tövbədən bəhs etdiyindən, 555 ədədi Quranda sərtlik, cəza rəmzi sayılır.

Elə isə, mülayimlik rəmzi olan 669 ədədindən, sərtlik və cəza rəmzi olan 555 ədədini çıxaq:

669 – 555 = 114

Göründüyü kimi, mülayimliklə sərtliyin fərqi Quranın surələrinin sayı olan 114 ədədini göstərir.

Düsturdan o da məlum olur ki, Quran mülayimliklə, sərtliyin vəhdətindən (əksliklərin vəhdəti və mübarizəsi) ibarətdir. Necə ki, Rəbbim 13-cü surənin 6-cı ayəsində buyurur:

"Həqiqətən, Rəbbin insanların zülümlərinə baxmayaraq, onlara qarşı mərhəmət sahibidir. Və şübhəsiz ki, Rəbbinin cəzası da şiddətlidir!”

Ağıl sahiblərinin diqqətinə çatdırım ki, Quranın mahiyyətini açan və Allahın iradəsi, qərarı ilə düzüldüyünü təsdiq edən bu düstur əslində insan beyninin məhsulu deyildir. Düsturdakı ədədləri necə tapmağım barədə çox suallar verirlər.

Nəzərinizə çatdırım ki, bu düstur Həzrət Cəbrail əleyhissəlam tərəfindən Neftçala rayonunun Qaraimanlı kəndində yaşayan mərifət sahibi Hacı Xalid Saday oğluna vəhy yolu ilə nazil olub, və ona bildirilib ki, sabah Paşa Yaqub adında bir nəfər sizə qonaq gələcək, bu  düsturu ona verib, insanlara çatdırılmasını tapşırarsan.
…Və mən səhər onlara qonaq getdim (birinci dəfəydi gedirdim). Bu düsturlardakı rəqəmlər mənə çatanda mürəkkəb və izahsız formada idi. Özüm başa düşsəm də, başqalarına çatdırmaq üçün onların anlaya biləcəyi dildə sadə izah olunmalıydı…

Oxucuların nəzərinə bir məqamı da çatdırım ki, Quranın mahiyyətini açan  bu düstur, həm də  kainatın idarəolunması düsturudur. Yəni, kainatda baş verən bütün hadisələr üzərindəki sirr pərdəsini məhz bu düsturla qaldırmaq olur.

Odur ki, bu düstur ladun elminin fundamenti sayılır.

"Biz hər şeyi sayıb yazmışıq” Quran, 78: 29.

Həm Quran üzərindəki hesablamalarımız, həm də sirli, möcüzəli Qız qalasında apardığımız araşdırmalar   göstərir ki, yaxın zamanda Azərbaycanda yaşayan əhali tövbə edib günahlardan çəkinməklə, bəşəriyyətə nümunə olacaqlar İnşallah.

Qeyd: yazının hazırlanmasında göstərdiyi köməkliyə görə tədqiqatçı Qalib Quliyevə təşəkkürümü bildirirəm.

Saglamolun.Az




loading...

Sizdə baş ağrısı, ürəkbulanması, qusma varsa... Beyin şişlərinin səbəbləri, simptomları və müalicəsi

HƏKİMLƏR

Vaqif Yaqubov

Vaqif Yaqubov

Manual terapiya

Vertebro-nevroloq, manual terapevt Tibb üzrə fəlsəfə doktoru İş stajı – 15 il

Ətraflı...
İlahə Quliyeva

İlahə Quliyeva

Ginekologiya

Cərrah, mama-ginekoloq Tibb üzrə fəlsəfə doktoru (mamalıq və cərrahiyyə ixtisası üzrə)

Ətraflı...
Aytəkin Quliyeva

Aytəkin Quliyeva

Trixologiya

Trixoloq (saç üzrə mütəxəssis) İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика