Xərçənglə mübarizə üçün istifadə olunan meyvə...

Lester Universitetindən olan ingilis alimləri, qısa zamandır ki, tibb sahəsində vacib bir açılış ediblər.

Araşdırmalar nəticəsində məlum olmuşdur ki, adi qaragilə meyvəsi xərçəng  xəstəliyi üçün effektiv vasitə ola bilər. Təcrübələr nəticəsində bəlli olmuşdur ki, qaragilənin tərkibində olan antosianin piqmenti (tünd göy rəng verən ), xərçəng hüceyrələrinin inkişafını dayandırır. Orqanizmə təbii yolla düşən bu maddə, şiş hüceyrələrinin 1/5 -i dayandırmağa malikdir.

Bundan əlavə, qaragilə, vitamin və minerallarla çox zəngindir.  100 qr qaragilənin tərkibində  86,5 qr su, 1,1 qr zülal, 8,6 qr karbohidrat, 1,2 sərbəst orqanik turşular, 51 ml/qr kaliy, 6 ml/qr natriy, 16 ml/qr kalsiy, 6 ml/qr maqniy, 13 ml/qr fosfor, 7 ml/qr dəmir və s. kimi mikroelementlər və B1, B6, PP, C vitaminləri vardır.

Bu  meyvə, qan azlığı, podaqra, böyrəkdə daşlar olduqda, revmatizm və dəri xəstəliklərində çox xeyirli sayılır.

Həmçinin qaragilə, dietik xüsusiyyətinə görə də məşhur sayılır. Orqanizmin bu meyvəyə olan gündəlik tələbatının yedikdə, insan  yalnız 40 kaloriy əldə edir.  Lakin bu  40 kaloriylə bərabər, orqanizm C vitamini, dəmir və kaliy kimi vitamin və minerallara olan gündəlik normasını lazımi miqdarda almış olur.

Saglamolun.Az