Doğuş zamanı orqanizmə infeksiya düşdü, şikəst oldu - FOTOLAR

Kanadanın Yeni Şotlandiya əyalətində yaşayan 35 yaşlı Lindsey Hubley 2017-ci ilin martında dünyaya bir oğlan uşağı gətirir.

Sherg.az xarici media istinadən xəbər verir ki, Myles adı verilən uşağın doğuşundan dörd gün sonra Lindsey Hubley özünü halsız hiss etməyə başlayır. Əvvəlcə yorğun olduğu üçün əldən düşdüyünü düşünür. Lakin Lindsey Hubleyin bədəni bir müddət sonra səbəbsiz şəkildə titrəməyə başlayır və qarın ağrıları özünü göstərir.

35 yaşlı qadın sağlamlıq problemlərinin artması ilə xəstəxanaya müraciət etmək məcburiyyətində qalır. Müalicə altına alınan anaya "necrotizing fasciitis" adı verilən və dərinin altındakı ət təbəqəsini yeyən infeksiya diaqnozu qoyulur.

Talehsiz qadının infeksiyaya doğuş zamanı yoluxduğu təsbit edilir. Getdikcə qadının bədənində deformasyalar baş qaldırır və qıçları və qolları əməliyyatla kəsilir.

Aylar sürən müalicə dövründə Lindsey Hubley böyük ağrılar çəkir. 420 gün xəstəxanada qalan Lindsey Hubley körpəsinə qarşı analıq vəzifələrini yerinə yetirməyə çalışsa da, körpə ilə sağlam ünsiyyət qurmaqda çətinlik çəkir. Müalicə müddətində qadına ən böyük dəstəyi ailəsi göstərir.

 "Bu vəziyyətlə başa çıxmağı izah edən bir kitab yox"' deyən Lindsey Hubleyin həyatı ət yeyən bakteriya səbəbiylə kabusa dönüb. İnfeksiyanın yayıldığı ilk zamanlarda barmaqlarının yavaş- yavaş çürüməyə başladığına şahid olan Lindsey Hubley 17 fərqli dərmanla müalicə alıb və 32 dəfə bıçaq altına yatıb.

Müalicə müddəti bu gün belə davam edən Lindsey Hubley bəzi dərmanları ömürünün sonuna qədər qəbul etmək məcburiyyətində qalacaq.

 

Saglamolun.Az