Загрузка...

Dişlərin üzərində ərp. SƏBƏBLƏR VƏ HƏLLİ

Dişlərin üzərində ərpin yığılması normal fizioloji haldır.

Ərp insanın dişlərində körpəlik vaxtında əmələ gəlməyə başlayır və qocalığa kimi davam edir. Ərp mikroskopik qida qalıqlarından, ölmüş hüceyrələrdən, müxtəlif bakteriyalardan və s. ibarətdir. Ərplə mübarizə aparmaq üçün ağız boşluğunun gigiyenasına daim nəzarət etmək və vaxtaşırı olaraq stomatoloqun müayinəsindən keçmək lazımdır.

Diş ərpi çoxaldıqda bərkiyib diş daşına çevrilir. Bu problemi yalnız stomatoloq həll edə bilər. Diş daşı dişlərin gözəlliyi və ən əsası sağlamlığı üçün çox ziyanlıdır. Diş daşı ağız boşluğu iltihablarına və kariesin inkişafına səbəb olur.

Dişlərin üzərində yığılan ərp əsasən ağ rəngdə olur. Bu ərpi biz hər səhər yuxudan oyandıqdan sonra dişlərimizin üzərində görürük. Bu əpr dişlərimiz üçün təhlükə yaratmır, xüsusi müalicə tələb etmir və adi diş yuyulması zamanı yox olur.

Lakin bəzən müxtəlif səbəblərə görə diş ərp qəhvəyi, yaşıl və hətta qara rəng alır. Bu ciddi simptomdur. Bəzən belə ərpin əmələ gəlməsi xəstəliklərin əlaməti ola bilər. "Rəngli" ərp kariesin inkişafına səbəb ola bilər. Beləliklə, "rəngli" ərpin əmələ gəlməsinin səbəbləri nədədir?

- Sarı ərp


Bu çox yayılmış problemdir. Bunun əsas səbəbi gigiyena qaydalarının pozulmasıdır. Həmçinin ağız suyunun bəzi xüsusiyyətləri (az olması, turşuluğunun azalması), insanın qidalanmasında əsasən yumuşaq qidaların olması (bərk qidalar - çiy meyvə, tərəvəz və s.ərpi mexaniki olaraq təmizləyir), bəzi daxili orqanların xəstəlikləri, bəzi dərman preparatlarının qəbulu, siqaret çəkmək və s. dişlərin üzərində sarı ərpin əmələ gəlməsinə səbəb olur.

Belə ərplə mübarizə aparmaq üçün insan hər qida qəbulundan sonra dişlərini diş şotkası və diş məcunu ilə 5 dəqiqə ərzində düzgün təmizləməli, diş sapından və xüsusi ağız boşluğu yaxalayıcılardan istifadə etməlidir. Bu mümkün olmadığı halda dişləri ən azı gündə 2 dəfə (səhər və axşam) təmizləmək, günorta vaxtı xüsusi diş yaxalayıcılardan istifadə etmək lazımdır.

- Qəhvəyi ərp


Belə ərp əsasən böyüklərdə müşahidə edilir. Bunun səbəbi siqaret çəkmək, tez-tez tünd çay, qəhvə içmək kimi vərdişlər və ağız boşluğunun natamam gigiyenasıdır. Belə ərpi ev şəraitində təmizləmək olduqca çətindir. Belə ərpi yalnız stomatoloq yox edə bilər.

- Qara ərp


Belə ərp əsasən uşaqlarda təsadüf edilir. Bunun mümkün olan səbəbləri arasında: həzm proseslərin pozulmaları, disbakterioz, qurdlar, ağız boşluğunun göbələk xəstəliyi, bəzi dərman preparatlarının uzun müddət ərzində qəbulu (dəmir preparatları, antibiotiklər və s.). Belə ərpi adi üsullarla təmizləmək mümkün deyil. Uşaq müayinə olunmalı və bu pozulmaya səbəb olan amil aradan qaldırılmalıdır.

Ümumillikdə uşaqlarda dişlərin üzərində ərpin əmələ gəlməsi daxili orqanların xəstəlikləri ilə bağlı ola bilər. Bu səbəbdən bu simptoma qarşı daha diqqətli olmaq və  vaxtında həkimə müraciət etmək lazımdır.

Yeniyetmələrdə dişlərin üzərində qara ərpin əmələ gəlməsinin səbəbi onların orqanizmində hormonal fonun dəyişilməsi ilə bağlı ola bilər.

Böyüklərdə ağız boşluğunda mis "koronkaların" olması, bəzi dərman preparatlarının (xüsusilə antibiotiklərin) uzun müddət ərzində qəbulu, ziyanlı maddələrlə bağlı olan iş, mübadilə proseslərin pozulmaları, endokrin sistemi xəstəlikləri və s. qara ərpin əmələ gəlməsinə səbəb ola bilər.

- Yaşıl ərp

Yaşıl ərp əsasən uşaq və yeniyetmələrdə olur. Onun səbəbi ağız boşluğunda xüsusi göbələklərin olmasıdır. Bu göbələklər xüsusi yaşıl piqment ifraz edir ki, dişlər yaşıl rəng alır. Belə ərpi stomatoloq təmizləyə bilər. Digər tərəfdən uşaq pediatrın müayinəsindən keçməli və lazım olan müalicə almalıdır.

- Narıncı ərp

Əsasən uşaqlarda olur. Bunun səbəbi bakteriyalardır. Bu halda stomatoloqa və pediatra müraciət etmək lazımdır.


Saglamolun.Az

.
Загрузка...
.

.

HƏKİMLƏR

Şəhla İbrahimova

Şəhla İbrahimova

Oftalmologiya

Oftalmoloq - cərrah İş stajı - 10 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Könül Hənifəyeva

Könül Hənifəyeva

Onkoginekologiya

Onkoginekoloq, mammoloq İş stajı - 28 il

Ətraflı...

SON YAZILAR

5 ən sadə pəhriz

22-07-2018 /166

Яндекс.Метрика