Azərbaycanlı alim Rusiyada onkoloji xəstəliklərin yeni müalicə metodunu təklif edir

Azərbaycanlı alim Namiq Hüseynzadənin müəllifi olduğu elmi tədqiqat nəticəsində Rusiya Elmlər Akademiyası A.M.Proxorov adına Ümumi Fizika İnstitutu və N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin mütəxəssisləri onkoloji xəstəliklərin soyuq plazma ilə müalicəsi metodunu işləyib hazırlayıblar.

AZƏRTAC bildirir ki, alimlər 20-dən çox xərçəng növünün kimyaterapiya ilə eyni vaxtda tətbiq edilən soyuq plazma vasitəsilə müalicəsini təklif edirlər. Elmi tədqiqatın müəllifi A.M.Proxorov adına Ümumi Fizika İnstitutunun şöbə müdiri, N.İ.Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin kafedra müdiri, fizika-riyaziyyat elmləri doktoru, professor Namiq Hüseynzadədir.

Plazma ilə müalicə təbabətlə fizika sahəsində yeni nailiyyətlərin vəhdətini nəzərdə tutur. Soyuq plazma tərkibində aktiv radikallar olan ionlaşdırılmış qazdan ibarətdir. Soyuq plazmadan yaraların müalicəsi və sterilləşdirilməsi üçün artıq istifadə olunur.

Namiq Hüseynzadənin sözlərinə görə, soyuq plazma kimyaterapiyanın zəhərliliyini azaldır, xərçəng hüceyrələrinə birbaşa təsiri artırır. Alimlər 2021-ci ildə metodun heyvanlar üzərində sınaqdan keçirilməsini başa çatdıraraq, tədqiqatın nəticələrini təqdim edəcəklər.

Saglamolun.Az




loading...

TƏZYİQİ DƏRMANSIZ SALMAQ ÜÇÜN ƏN ASAN ÜSUL

HƏKİMLƏR

İsmixan Mətiyev

İsmixan Mətiyev

Travmatologiya

Travmatoloq-ortoped Tibb elmləri namizədi İş stajı - 20 il

Ətraflı...
Aynur Səfiyeva

Aynur Səfiyeva

Proktologiya

Ümumi cərrah, kolorektal cərrahiyyə üzrə mütəxəssis Avropa Koloproktoloji Assosiasiyasının ilk milli...

Ətraflı...
Günay Abdullayeva

Günay Abdullayeva

Ginekologiya

Mama-ginekoloq İş stajı - 10 il

Ətraflı...

 


Яндекс.Метрика